Şriftin ölçüsü :

Saytın rəngi :

2025-ci il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 102 ili tamam olur

08 may 2025 | 14:47
2025-ci il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 102 ili tamam olur.
 
Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyevin dövlətçilik irsi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb və dahi liderin əziz xatirəsi dərin ehtiramla yad edilib. Milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.
 
Ölkəmizin müstəqilliyinin, suverenliyinin və hüquqi dövlət quruculuğun rəmzi olan konstitusiyamızın təşəbbüskarı və müəllifi Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda məktəblilər arasında keçirilmiş inşa-yazı müsabiqəsinin qalibləri - Alnabat kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Miriyeva Günəş Natiq qızı, Samanlıq kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Məhərova Nurdanə Cavid qızı, Ərtəpə kənd ümumi orta məktəbinin 9-cu sinif şagirdi Hüseynova Nuranə Elşən qızı mükafatlandırılıb.
 
RİH başçısı Orxan Mürsəlov dahi liderin zəngin həyat yolu, Azərbaycan xalqı qarşısında xidmətləri, demokratik və hüquqi dövlət quruculuğu sahəsində fədakar fəaliyyətindən danışıb. RİH başçısı Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti olan zəngin və çoxşaxəli irsini xalqımızın milli sərvəti kimi qoruyub saxlamağın hər bir azərbaycanlının şərəfli vəzifəsi olduğunu vurğulayıb.
Keçidlər