Şriftin ölçüsü :

Saytın rəngi :

17 iyun səhiyyə işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilmişdir.

17 iyun 2015 | 15:00

Tədbirdə ilk  olaraq Ulu Öndər Heydər  Əliyevin abidəsi önünə çiçəklər düzdülər. Sonra tədbir Mərkəzi rayon xəstəxanasında davam etdirildi. Tədbirdə RİH başçısının birinci müavini Qüdrət Paşayev, xəstəxananın baş həkimi Ramiz Pirverdiyev və  tibb işçiləri iştirak edirdilər.  Qüdrət Paşayev çıxışında Azərbaycanda tibbin inkişafından, dövlətin səhiyyə sahəsinə olan diqqət və qayğısından,  bu sahədə həyata keçirilən dövlət proqramlarından geniş söz açdılar və peşə bayramı münasibətilə tibb işçilərini təbrik etdilər. Baş həkim Ramiz Pirverdiyev, baş həkimin birinci müavini Bayram Məmmədov və  poliklinikanın şöbə  müdiri Maarif Əliyev çıxışlarında ilk öncə peşə bayramı münasibətilə həmkarlarını təbrik edərək, dövlətin səhiyyə işçilərinə qayğısını, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə təsis olunan bu bayramın əhəmiyyətini xüsusi qeyd etmişlər. Onlar həmçinin  bildirdilər  ki, Ulu Öndər irsinin layiqli davamçısı İlham Əliyevin həyata keçirdiyi güclü iqtisadi siyasət nəticəsində ölkəmizin səhiyyə sistemi daha da yeniləşmiş və müasirləşmişdir.
.

Keçidlər