Gədəbəy rayonunda fövqəladə halların qarşısının alınması mövzusunda dəyrimi masa keçirildi
Fövqəadə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin 2015-ci il üçün hazırlıq planına müvafiq olaraq 12 iyun saat 11:00-da “Fövqəladə halların qarşısının alınması və nəticələrin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyəti” mövzusunda Gədəbəy rayonu İcra hakimiyyətində dəyirmi masa keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin rəhbər işçiləri, Fövqəadə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin üzvləri, ərazi icra nümayəndələri, bələdiyyələr, idarə və təşkilat rəhbərləri Azərbaycan Respublikası FHN Dövlət Yanğından Mühafizə Xidməti Gədəbəy rayon Dövlət Yanğından Mühafizə hissəsinin rəisi Qalib Qarayev də iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri Qüdrət Paşayev tədbirin əhəmiyyətindən danışmışdır.
Sonra Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşları "Fövqəladə Hallar Nazirliyinin yaranması, qurumları, fəaliyyət istiqamətləri və təsnifatı" mövzusunda danışarkən Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 ili ərzində respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər barədə, "Yanğın təhlükəsizliyinin problemləri və onların həlli yolları", "Fövqəladə hallardan müdafiə sahəsində əhalinin fəlakət riskinin azaldılması " haqqında geniş məruzə ilə çıxış etmişlər.
Daha sonra müxtəlif vaxtlarda Gəncə Regional Mərkəzinin monitorinq qruplarının Gədəbəy rayon ərazisində müxtəlif vaxtlarda keçirdiyi monitorinqlərin nəticələrindən bəhs edən slaydlar nümayiş etdirilmiş, problemlər diqqətə çatdırılmışdır. Mövcud problemlərin aradan qaldırılması, gələcəkdə baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı əhalinin qarşılaşacağı fəlakət riskinin qarşısının alınması istiqamətində qarşılıqlı fəaliyyətin əhəmiyyəti qeyd olunmuşdur. Tədbirdə müvafiq idarə və müəssisələrin rəhbərləri müzakirələrə qoşularaq mövcud problemlər barədə fikirlərini açıqlamış və onların aradan qaldırılması istiqamətində öz təkliflərini irəli sürmüşlər.