Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən keçirilən silsilə tədbirlərin davamı olaraq Gədəbəy rayonunda dəyirmi masa keçirilmişdir.

15 noyabr 2023 | 11:00
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən keçirilən silsilə tədbirlərin davamı olaraq Gədəbəy rayonunda Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun, Gədəbəy, Şəmkir, Daşkəsən, Samux rayon və Gəncə şəhər Ağsaqqallar Şuralarının sədrlərinin, şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının da qatıldığı dəyirmi masa keçirilmişdir.
RİH başçısı Orxan Mürsəlov müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışmış, Ulu Öndər Heydər Əliyevin ağsaqqallara və ziyalılara göstərdiyi diqqət və qayğının xüsusi önəmini vurğulamışdır.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov da ümummilli lider Heydər Əliyevin fəaliyyətindən, onlara isti və səmimi münasibətindən danışmışdır.
Tədbirdə iştirak edən ağsaqqallar onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə etmişlər.
Keçidlər