Gədəbəy rayonunda “Zəfər Günü” qeyd olunub.
07 noyabr 2023 | 18:11
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi 44 gün davam etmiş və noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərinin işğaldan azad olunması ilə yekunlaşmışdır. Azərbaycanın mədəniyyət paytaxtının azad olunduğu 8 noyabr tarixi cənab Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncam ilə Zəfər Günü kimi qeyd olunmaqdadır.
Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən Zəfər Günü münasibətilə Gədəbəy rayonunda bayram konserti təşkil olunmuşdur. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov bayram münasibətilə sakinlərimizi səmimi qəlbdən təbrik etmiş, əzmli və iradəli xalqımıza yaraşan qələbələrin daim və davamlı olmasını arzulamışdır.
Tədbirdən sonra şəhid ailələri ilə bayram süfrəsi arxasında səmimi söhbət aparılmış, hər kəs onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarının çatdırılmasını xahiş etmişdir.
Uca Tanrıdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik!
Zəfərimiz mübarək!