Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən keçirilən silsilə tədbirlərin davamı olaraq “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilmişdir.
27 oktyabr 2023 | 09:37
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən keçirilən silsilə tədbirlərin davamı olaraq Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilmişdir.
RİH başçısı Orxan Mürsəlov Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri haqqında geniş danışmış, Ulu Öndərin zəngin və çoxşaxəli irsini xalqımızın milli sərvəti kimi qorumağın vacibliyini vurğulamışdır.
Tədbir iştirakçılarından Rayon Məhkəməsinin sədri Maarif Kazımov və Rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov da ümummilli lider Heydər Əliyevin tarixi şəxsiyyət kimi fəaliyətindən geniş söhbət aparmışlar.