Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda 01 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə tədbir keçirildi

01 iyun 2015 | 15:00

01 iyun 2015-ci il “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Gədəbəy rayonu Aşıq Musiqi Məktəbində Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Yediyarovun Sərəncamına əsasən rayonun 55 tam orta təhsil müəssisəni əhatə edən bilik yarışmasının finalı keçirilmişdir.
    “Gədəbəy rayon İcra Hakimiyyətinin Başçısının Kuboku” adlı bilik yarışmasının seçmə mərhələsi səkkiz zonada təşkil olunmuş, zona qalibləri olan Moruxlu, 2saylı Slavyanka, 1 saylı Şəhər, Çalburun, Alnabat, Şınıx, Novosaratovka və Hacıalılar kənd tam orta məktəblərinin komandaları finalda mübarizə aparmışlar.
   Üç mərhələdən ibarət final mübarizəsində Novosaratovka kənd tam orta məktəbinin şagirdləri daha üstün bilik nümayiş etdirərək I yerə layiq görülmüşlər.
   Qeyd edək ki, yarış Gədəbəy rayon Təhsil şöbəsinin, Gənclər və İdman İdarəsinin, İnteqral Tədris mərkəzinin dəstəyi ilə baş tutmuşdur.
     Kuboku qalib komandaya Gədəbəy RİH Başçısının birinci müavini Qüdrət Paşayev Təqdim etmişdir.

Keçidlər