Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonda əsl bayram əhval-ruhiyyəsi yaşandı.

20 may 2015 | 15:00

Mayın 19-da  Heydər Əliyev parkının qarşısına 10 mindən çox gədəbəyli toplaşmışdı. Birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli rayon idmançısı Nurlan Məmmədov qəbul etdi və 10 idmançı 4 kilometr məsafədə yürüşə başladı. Heydər Əliyev prospekti, Akademik Zərifə Əliyeva və 20 Yanvar küçələrindən keçərək Heydər Əliyev parkına gələn məşəlçilər alqışlarla qarşılandılar. Sonuncu yürüşçü, şahmat üzrə məşqçi Murğuz Süleymanov səhnəyə qalxaraq, məşəli alovlandırdı. Avropa Oyunlarının çırağını 1 saylı şəhər orta məktəbinin XI sinif şagirdi Fidan Əsədullayeva ictimaiyyətə təqdim etdi. Sonra çıraq ilk Avropa Oyunları başa çatanadək saxlanılması üçün mərkəzi mədəniyyət evinə təhvil verildi.

Keçidlər