Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli” çərçivəsində “Ümummili Lider Heydər Əliyev və Azərbaycan Respublikasının inklüziv inkişafı sahəsində dünya liderliyini təmin edən yeni idarəçilik texnologiyaları” mövzusunda seminar keçirilmişdir.

20 iyun 2023 | 09:07

“Heydər Əliyev İli” çərçivəsində Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə “Ümummili Lider Heydər Əliyev və Azərbaycan Respublikasının inklüziv inkişafı sahəsində dünya liderliyini təmin edən yeni idarəçilik texnologiyaları” mövzusunda seminar keçirilmişdir.

Tədbirdə akademiyanın rektoru, akademik Urxan Kazım oğlu Ələkbərov geniş məruzə ilə çıxış etmiş, Ümummilli Lider Heydər Əliyevin dövlət idarəçiliyi sahəsində həyata keçirdiyi yeniliklərdən və dahi şəxsiyyətin qeyri-adi idarəçilik bacarığından danışmışdır.

Tədbir iştirakçılarını maraqlandıran suallara cavab verən akademik Urxan Ələkbər Ümummilli Lider Heydər Əliyevlə bağlı xoş xatirələrini də bölüşmüşdür.

Keçidlər