“Heydər Əliyev İli” çərçivəsində 18 iyun – İnsan Hüquqları Günü münasibətilə “Heydər Əliyev və Azərbaycanda insan hüquqları” mövzusunda tədbir keçirilmişdir.
“Heydər Əliyev İli” çərçivəsində 18 iyun – İnsan Hüquqları Günü münasibətilə Gədəbəy Rayon İcra Hakimiyyətinin, Ombudsman Qərb Regional Mərkəzinin və Gədəbəy Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda insan hüquqları” mövzusunda tədbir keçirilmişdir.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilmiş, mövzu ilə bağlı çıxışlar edilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.