“Heydər Əliyev İli” çərçivəsində Rayon İcra Hakimiyyəti tərəfindən “1-iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda tədbir təşkil edilmişdir.
“Heydər Əliyev İli” çərçivəsində Rayon İcra Hakimiyyəti tərəfindən “1-iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda tədbir təşkil edilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Orxan Mürsəlov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid və Vətən müharibəsi iştirakçılarının övladları, rayon ümumtəhsil məktəblərinin nümunəvi şagirdləri iştirak etmişdir.
Tədbir Heydər Əliyev Mərkəzinin foyesində Ümummilli lider Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini əks etdirən sərgiyə baxışla başlanmış, “Heydər Əliyev-uşaqları sonsuz məhəbbətlə sevən lider” adlı videoçarx nümayiş etdirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı Orxan Mürsəlov bu əlamətdar gün münasibətilə uşaqları təbrik etmiş, Ulu öndər Heydər Əliyev, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uşaqlarımızın milli ruhda böyüməsi üçün həyata keçirilən tədbirlərdən danışmışdır.
Tədbirdə həmçinin Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev çıxış etmiş, təbriklərini çatdırmışdır.
Tədbir məktəblilərin ifalarından ibarət konsert proqramı ilə davam etmiş, sonda uşaqlarla xatirə şəkli çəkdirilmişdir.