Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun iri istehsal müəssisələrindən biri olan “Gədəbəy Mineral Suları” MMC-nin fəaliyyəti ilə tanış olmuşdur.
24 may 2023 | 16:50
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun iri istehsal müəssisələrindən biri olan “Gədəbəy Mineral Suları” MMC-nin fəaliyyəti ilə tanış olmuşdur.
Gündəlik istehsal gücü 300 ton su və limonad olan sözügedən müəssisə tərəfindən “Slavyanka” brendi altında yerli və xarici bazar üçün müxtəlif çeşidli məhsullar buraxılır.
Müəssisə rəhbərliyi tərəfindən RİH başçısına zavodun gələcək fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilmiş, dövlət tərəfindən sahibkarlığın inkişafına göstərilən dəstəyə görə minnətdarlıq ifadə edilmişdir.