Bu gün Gədəbəy rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92 illik yubileyi qeyd olunub.
10 may 2015 | 15:00
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə, təşkilatlarının işçiləri, veteranlar, gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Əvvəlcə ulu öndərin abidəsi ziyarət olunub, əziz xatirəsi ehtiramla anılıb. Sonra tədbir rayon Mədəniyyət evində davam etdirildi. İlk olaraq Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinə həsr olunmuş film nümayiş olundu. Daha sonra tədbir rayon mədəniyyət evinin hazırladığı geniş konsert proqramı ilə davam etdirilib.