Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir

12 may 2023 | 12:26
Azərbaycan Respublikası Prezidentinin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında müvafiq Sərəncamının icrası ilə əlaqədar təsdiq olunmuş tədbirlər planına əsasən Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir. Konfransda Milli Məclisin deputatları Arzu Nağıyev, Sevinc Hüseynova, rayonun tanınmış ziyalıları və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın böyük oğlu Heydər Əliyevin abidəsi qarşısına gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilmiş, daha sonra Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirə muzeyinə baxış keçirilmişdir.
Konfransda geniş məruzə ilə çıxış edən RİH başçısı Orxan Mürsəlov Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri olan, qeyri-adi idarəçilik bacarığı, polad iradəsi, eyni zamanda uzaqgörən və məqsədyönlü siyasəti ilə öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış, davamlı mübarizə apararaq onu əbədi müstəqilliyə qovuşdurmuş Ümummilli Lider Heydər Əliyevin zəngin və çoxşaxəli irsinin xalqımızın müqəddəs mirası olduğunu bildirmiş, bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsi olduğundan bəhs etmişdir.
Keçidlər