Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov müqəddəs Pasxa bayramı münasibətilə rayonda yaşayan pravoslav xiristian icması ilə görüşmüşdür
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov müqəddəs Pasxa bayramı münasibətilə rayonda yaşayan pravoslav xiristian icması ilə görüşmüş, bu əziz gün münasibətilə ən səmimi təbriklərini ifadə etmiş, hər birinə firavanlıq arzulamış, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkəmizin dünyada multikulturalizmin ən nümunəvi ünvaı olduğundan danışmış, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunmuş bütün etnik və dini azlıqlar kimi xristian icmasının da öz milli-mənəvi dəyərlərindən lazımınca faydalanmaq, adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaq üçün geniş imkanlar yaradıldığını qeyd etmişdir.