2023-cü il “Heydər Əliyev İli” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” və “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda tədbir keçirilmişdir.
05 aprel 2023 | 18:10
2023-cü il “Heydər Əliyev İli” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq Gədəbəy Rayon İcra Hakimiyyətinin və YAP Gədəbəy rayon təşkilatının birgə təşəbbüsü ilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” və “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatı Elman Nəsirov və rayonun tanınmış ictimai-siyasi xadimləri iştirakı etmişdir.
Tədbirdə çıxış edən RİH başçısı Orxan Mürsəlov ulu öndər Heydər Əliyevin qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi, eyni zamanda uzaqgörən və məqsədyönlü siyasəti ilə istər sovet, istərsə də müstəqillik dövründə Azərbaycan xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışmış, milli qürur və iftixar mənbəyimiz Heydər Əliyevin bütün ömrünü xalqımızın rifahı, onun zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli yer tutması istiqamətində tədbirlərə həsr etməsindən bəhs etmişdir.
Milli Məclisin deputatı Elman Nəsirov çıxışında xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin Azərbaycan tarixindəki rolu və əhəmiyyətindən, müstəqil Azərbaycanın bu gün Heydər Əliyev siyasətinə istinad edərək qətiyyətlə irəliləməsindən, gücünü və qüdrətini durmadan artırmasından danışmışdır.
Rayonun ictimai-siyasi xadimləri öz çıxışlarında ulu öndərlə bağlı xatirələrindən bəhs etmiş, onun əziz xatirəsini uca tutaraq minnətdarlıqla andıqlarını bildirmişlər.
Ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin qorunub saxlanılması və möhkəmlənməsi istiqamətində tarixi missiyasını uğurla və özünəməxsus yaradıcılıqla inkişaf etdirən cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi nəticəsində xalqımız qəhrəmanlıq salnaməsi yazmış və tarixi ədalət bərpa edilmişdir.
Ulu öndərimizin əmanəti olan Azərbaycan dövlətini və dövlətçiliyimizi göz bəbəyimiz kimi qorumaq hər birimizin şərəf borcudur.