Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov 17.03.2023-cü il tarixdə Rayon Mərkəzi Xəstəxanasında olmuş, həkim və tibbi personalla görüşmüş, onları narahat edən məsələlərlə maraqlanmış və təkliflərini dinləmişdir.
17 mart 2023 | 15:01

RİH başçısı iş prosesinin hansı formada təşkil edilməsini yoxlamış, həmin vaxt xəstəxanaya müraciət etmiş vətəndaşlarla söhbət aparmışdır.
Rayon rəhbəri kollektivdə yüksək əhval-ruhiyyənin qorunub saxlanılması və vətəndaşlara göstərilən xidmətlərin daha da yaxşılaşdırılması istiqamətində tövsiyə və tapşırıqlarını vermişdir.
Qarşıdan gələn Novruz bayramı münasibətilə kollektivi təbrik edən RİH başçısı qeyri-iş günlərində də işin səmərəli təşkilinin vacib olduğunu vurğulamışdır.