Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyətinin təşkilatçılığı ilə Heydər Əliyev Parkında Novruz bayramı tədbiri qeyd edilmiş, milli adət-ənənələrimizi özündə ehtiva edən sərgi nümayiş etdirilmişdir.

16 mart 2023 | 15:33
Rayon İcra Hakimiyətinin təşkilatçılığı ilə Heydər Əliyev Parkında Novruz bayramı tədbiri qeyd edilmiş, milli adət-ənənələrimizi özündə ehtiva edən sərgi nümayiş etdirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Novruz bayramı münasibətilə rayon sakinlərini səmimi qəlbdən təbrik etmiş, xoş arzularını çatdırmışdır.
RİH başçısı öz çıxışında Novruz bayramının xalqımızın tarixi, milli-mənəvi dəyərlərində böyük yer tutmasından və Azərbaycan tarixini yazan bir şəxsiyyət kimi ümummilli liderin milli-mənəvi dəyərlərimizə verdiyi önəmdən danışmışdır. Məhz ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə bu bayram dövlət səviyyəsində yüksək əhval-ruhiyyədə qeyd edilməklə yanaşı dünya azərbaycanlılarının milli bayramına çevrilmişdir.
Novruz bayramını milli birlik bayramı adlandıran dahi lider öz arzularını belə ifadə etmişdir: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri ili Laçında, o biri ili Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamlada Azərbaycan xalqına rəhbərlik edirəm.” Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən doğma Qarabağımızda, Şuşanın Cıdır düzündə 28 illik həsrətdən sonra bayram tonqalının yandırılması ulu öndərin arzularının təntənəsi idi.
Əziz sakinlərimiz və rayonumuzun qonaqları sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq.
Bayramınız mübarək olsun !
Keçidlər