Gədəbəy rayonunda 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70-ci ildönümü qeyd edilmişdir.
09 may 2015-ci il tarixdə Gədəbəy rayonunda 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 70-ci ildönümü münasibəti ilə geniş tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının işçiləri, müharibə veteranları, rayon hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyələr, ağsaqqallar iştirak edirdilər. Tədbir Gədəbəy rayon İcra hakimiyyətinin başçısı cənab Ramiz Yediyarovun Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin abidəsini, Milli Qəhrəman İlham Əliyev, Milli Qəhrəman Məzahir Rüstəmov, Sovet İttifaqı Qəhrəmanı Mehdi Quliyevin xatirəsini ziyarət etməsi ilə başlanıldı. Sonra 1941-1945-ci iilər Böyük Vətən Müharibəsi veteranlarının xatirəsinə yeni ucaldılmış “Ana Abidəsini” ziyarət edildi. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Yediyarov veteranları təbrik edərək, Böyük Vətən Müharibəsində qələbənin heç də asanlıqla əldə edilmədiyini, bu müharibədə 600 mindən çox azərbaycanlının iştirak etdiyini qeyd etdi. Qələbənin əldə olunmasında Azərbaycan neftinin həlledici rolu olduğunu diqqətə çatdırdı. RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müharibə veteranlarına göstərdiyi diqqət və qayğını xüsusi olaraq vurğuladı. Tədbirdə müharibə veteranları çıxış edərək, ölkə başçısı cənab İlham Əliyevə müharibə veteranlarına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Daha sonra Gədəbəy Rayon İcra hakimiyyətinin başçısı cənab Ramiz Yediyarov 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına qiymətli hədiyələr və medallar təqdim etdi. Tədbir Eldorado istirahət mərkəzində konsert proqramı ilə davam etdirildi.