Şriftin ölçüsü :

Saytın rəngi :

29 aprel 2015-ci il tarixdə Gədəbəy rayonu İcra Hakimiyyəti başçısı aparatında 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 70-ci ildönümü münasibəti ilə dəyirmi masa keçirildi.

29 aprel 2015 | 15:00

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev və RİH başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri,  müharibə  veteranları iştirak etdilər. Tədbiri giriş sözləri ilə açan rayon icra hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev veteranları Qələbənin 70-ci ildönümü münasibəti ilə  təbrik edərək, dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən onlara göstərilən diqqət və qayğıdan danışdı. Rayon prokuroru Allahverdi Səfərov , Azərbaycan Respublikası Səfərbərlik Və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Gədəbəy Rayon şöbəsinin  rəisi İslam Məmmədov çıxışlarında veteranlarmızı xalqımızın “Qızıl Fondu” olduğunu qeyd etdilər. Eyni zamanda onların müharibədə göstərdikləri şücaət və qəhrəmanlıqılardan ətraflı söhbət açdılar. Görüşdə iştirak edən rayon veteranlar şurasının sədr müavini Bəhram Hüseynov, veteranlardan - Zaman Abdullayev, İkram Məmmədov, Qəşəm Qarayev, rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov və başqaları öz çıxışlarında ölkəmizin prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə  veteranlara göstərdikləri diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirdilər. Veteranlar Böyük Vətən Müharibəsi ərəfəsində keçdikləri həyat yollarından öz xatirələrini danışdılar. Onların həyat yolunun gənc nəsilə bir örnək olduğunu vurğuladılar.

Keçidlər