Şriftin ölçüsü :

Saytın rəngi :

Aprelin 24-də Gədəbəy rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə bağlı tədbir keçirib.

24 aprel 2015 | 15:00

Gədəbəy  RİH başçısının birinci müavini Qüdrət Paşayev tədbirdə çıxış edərək bildirib ki, öz həyatını tibb elminin inkişafına həsr edən akademik Zərifə Əliyeva göz xəstəliklərinin profilaktik müalicəsi sahəsində böyük uğurlara imza atıb. Bütün ömrünü insanların sağlamlığına həsr edən Zərifə Əliyeva yüksək daxili mədəniyyəti, incə qəlbi, elmə sədaqəti ilə qədirbilən xalqımızın xatirəsində həmişə yaşayacaq.
Akademik Zərifə xanım Əliyeva adına  Gədəbəy Mərkəzi rayon xəstəxanasının baş həkimi Ramiz Pirverdiyev çıxış edərək görkəmli oftalmoloq alim Zərifə Əliyevanın zəngin və mənalı ömür yolundan danışıb. Bildirib ki, tibb elminin inkişafındakı xidmətləri ilə yanaşı, Zərifə xanım xalqımızın ümummilli lideri Heydər Əliyevin ömür-gün yoldaşı kimi böyük fədakarlıqlar göstərib.
Tədbirdə digər çıxış edənlər görkəmli oftalmoloqun həkimlik fəaliyyətindən,tibb elminə verdiyi dəyərli töhfələrdən,əsl  pedaqoq kimi gənc mütəxəssislərin yetişməsindəki rolundan,yüksəkinsani keyfiyyətlərindən  danışıblar.

Keçidlər