08 aprel 2015-ci il tarixdə Gədəbəy rayon İcra Hakimiyyəti Başçısı Ramiz Yediyarovun İnəkboğan kənd sakinləri ilə görüşü olmuşdur.
Gədəbəy Rayon Icra Hakimiyyəti Başçısının yaşayış yerlərində əhalinin səyyar qəbulu qrafikinə uyğun olaraq növbəti qəbul rayonun İnəkboğan kəndində keçirilmişdir. Görüşdə kənd ictimaiyyətinin nümayəndələri ziyalılar, ağsaqqallar, rayonun əlaqədar müəssisələrinin rəhbərləri iştirak etmişlər.Tədbiri giriş sözü ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin Başçısı cənab Ramiz Yediyarov açaraq Prezident cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasətdən, əldə olunmuş uğurlardan, rayonda əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, respublikada və rayonda aparılan geniş miqyaslı tikinti – quruculuq, abadlıq işlərindən danışdı. Qəbulda sakinlər tərəfindən edilən müraciətlərin həlli ilə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə lazımi tapşırıq və göstərişlər vermişdir.