Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir.

31 mart 2015 | 15:00

Əvvəl soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik  sükutla  yad edilmişdir. Gədəbəy  Rayon  İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov  tədbiri  giriş  sözü ilə  açaraq  ermənilərin əsrlər boyu  xalqımızın başına gətirdiyi faciələrdən danışmış, soydaşlarımızın xüsusi amansızlıqla qətlə yetirildiyini, tarixi yurd yerlərindən deportasiya edil- diyini, təkcə keçən əsrin sonunda 1 milyon nəfərə yaxın azərbaycanlının ata–baba yurdlarından didərgin salındığını, yaşadıqları kəndlərin, şəhərlərin viran edildiyini, nadir tarixi abidələrin dağıdıldığını  bildirmişdir. Təkcə Xocalı faciəsi kifayətdir ki, ermənilərin  kimliyi  bütün  dünyaya bəlli  olsun. Tarixin qanlı dərslərini  heç  vaxt  unutmamalı, onu olduğu  kimi gələcək nəsillərə  çatdırmalıyıq.  1918–ci ilin  martında azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktının 95–ci ildönümünün xalqımız tərəfindən ürək ağrısı ilə qeyd olunduğunu vurğulayan icra  başçısı ümummilli lider Heydər Əliyevin 26 mart  1998–ci il  tarixdə imzaladığı fərmanla 31 martın  hər il  Azərbaycanlıların Soyqırımı  Günü  kimi  qeyd  olunduğunu  diqqətə çatdırmışdır Bu gün Azərbaycan  daha  müstəmləkə deyil, onun xalqının müstəqil   dövləti, nizami  ordusu və müdrik rəhbəri vardır. Ölkəmizin  milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni  vandalizminin  ifşası istiqamətində  ulu  öndərin  siyasi xəttini Azərbaycan  Prezidenti  cənab  İlham Əliyev qətiyyətlə davam etdirir. İnanırıq  ki, xalqımızın milli birliyi, vətənpərvərliyi və dövlətimizin başçısının  siyasi  iradəsi sayəsində torpaqlarımız işğaldan  azad  ediləcək, soydaşlarımız  tarixi yurd yerlərinə qayıdacaqlar. Tədbirdə  Gədəbəy  Rayon İcra  Hakimiyyəti başçısının birinci  müavini  Qüdrət Paşayev  da  azərbaycanlıların soyqırımı haqqında məruzə  etmiş, erməni millətçilərinin təkcə ötən əsrdə  deyil, tarix  boyu xarici havadarlarının dəstəyilə xalqımıza qarşı işğalçılıq siyasəti  yürütdüyünü, azərbaycanlılara  qarşı dəhşətli soyqırımlar törətdiklərini qeyd etmişdir. O, bu soyqırımların, qanlı olayların  dünya ictimaiyyətinə lazımi səviyyədə çatdırılmasının hər birimizin  vətəndaşlıq  borcu  olduğunu söyləmişdir. Soyqırımı ilə bağlı rayon prokuroru Allahverdi Səfərov, MTN – Gədəbəy rayon şöbəsinin rəisi Şahin Cəfərov, rayon polis şöbəsinin rəisi  Məhərrəm Quliyev, Rayon Mədəniyyət və turizm  şöbəsinin  müdiri Ramiz Məmmədov,  rayon Təhsil şöbəsinin müdiri Baxış Nağıyev və 3 saylı şəhər ümumi orta məktəbin direktoru Esmira Şirinova da çıxış etmişlər.

Keçidlər