Şriftin ölçüsü :

Saytın rəngi :

28 mart 2015-ci il tarixdə Gədəbəy rayonunda Milli Təhlükəsizlik orqanlarının yaradılmasının 97-ci ildönümü qeyd olunmuşdur.

28 mart 2015 | 16:00

Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Ramiz Yediyarov , MTN-nin rayon şöbəsinin əməkdaşları, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri   iştirak etmişlər.Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə tər çiçəklər qoymuşlar.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı  Ramiz Yediyarov   respublikamızın  Milli  Təhlükəsizlik  orqanlarını,  o  cümlədən    rayon  şöbəsinin  bütün  əməkdaşlarını  peşə bayramları   münasibətilə  səmimi  qəlbdən   təbrik  etdi və  onlara  cansağlığı,  çətin  və   şərəfli  işlərində  yeni-yeni  uğurlar  arzuladı.Bildirdi ki,    əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, keçmişin ən ümdə şanlı dəyərlərini özündə əks etdirməklə gələcəyə hesablanmış uğurlu dövlətçilik strategiyası bu gün müstəqil ölkəmizdə bütün sahələrdə olduğu kimi,  milli təhlükəsizlik istiqamətində də  layiqli şəkildə davam etdirilməkdədir. Ümummilli liderimiz Heydər Əliyev   Milli Təhlükəsizlik orqanlarının fəaliyyətinə həmişə yüksək qiymət verirdi. Ulu öndərin vaxtıilə soylədiyi “Azərbaycanın müstəqilliyini qoruyan dövlət atributlarının hər biri bizim üçün əhəmiyyətlidir. Bunların içərisində Milli Təhlükəsizlik  Nazirliyi xüsusi yer tutur” ifadəsi həmin qiymətin bariz nümunəsidir.     Dahi rəhbərin başladığı milli dövlət quruculuğu prosesinin möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan hazırda regionun lider ölkəsinə çevrilib. Bu yönümdə əsas qarant olan sabitlik və təhlükəsizliyin etibarlı qorunmasında milli təhlükəsizlik orqanlarının öz layiqli rolu və xidmətləri vardır.
Sonra MTN-nin  Gədəbəy rayon şöbəsinin rəisi məruzə ilə  çıxış etdi.

Keçidlər