Şriftin ölçüsü :

Saytın rəngi :

Martın 17-də Gədəbəy rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz Bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir.

17 mart 2015 | 16:00

İlk öncə “N” saylı hərbi hissədə olan  Rayon İcra Hakimiyyəti başçısı Ramiz Yediyarov,  Ədliyyə Polkovniki Zöhrab Kazımov və Müdafiə nazirliyinin 8-ci təqiqat bölməsinin rəis müavini Anar Zeynalov   zabit, gizir və əsgərləri Novruz bayramı münasibətilə təbrik etmiş, əsgərlərə cansağlığı arzulamış, onlara Vətənə sədaqətlə xidmət etməyi tövsiyə etmişdilər. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə, xüsusi diqqət və qayğısından, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində gördüyü işlərdən  danışmışlar. Sonra əsgərlərə bayram sovqatı və digər hədiyyələr paylanmışdır. Daha sonra tədbir Mərkəzi Park və onun  ətrafında  rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı  müsiqi proqramı ilə davam etdirildi.

Keçidlər