Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda ictimai-siyasi və humanitar sahədə aparılan işlərin vəziyyəti barədə növbəti şura iclası keçirilmişdir.

10 mart 2015 | 16:00

Humanitar siyasətin reallaşdırılmasında yerli və müvafiq mərkəzi icra hakimiyyətləri orqanlarının birgə fəaliyyətinin hazırkı vəziyyətinin müzakirə edilməsi, qarşıda duran yeni vəzifələrin müəyyənləşdirilməsi, yerlərdə vətəndaşlarla müntəzəm əlaqənin saxlanması, düzgün kadr seçimi, internet resurslarında və sosial şəbəkələrdə yer alan xəbərlərin izlənməsi və təhlil olunması, ideoloji işin yüksək səviyyədə qurulması, təhsil infrastrukturunun və mühitinin yaxşılaşdırılması, ekologiya, turizm, əhalinin asudə vaxtının səmərəli təşkili, cəmiyyətin həyatında qadınların fəallığının artırılması, səhiyyənin, bədən tərbiyəsinin, idmanın inkişafı, gənclər və uşaq siyasəti, din və s. məsələlər barədə də 28 oktyabr 2014-cü il tarixdə keçirilmiş seminar-müşavirədə çıxış edən Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin müvafiq tövsiyyə və tapşırıqlarına uyğun olaraq, 10 mart 2015-ci il tarixdə Gədəbəy rayonunda rayon ictimaiyyətinin və ağsaqqallarının iştirakı ilə tədbir keçirilmiş, bu mövzuya həsr olunmuş sayca ikinci tədbirdə də geniş müzakirələr aparılmışdır.

Keçidlər