7 mart 2015 ci il tarixdə Gədəbəy royonununda 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi.
Tədbirdə çıxış edən Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda təkrar siyasi hakimiyyətə qayıdışından sonra qadınların ölkəmizin ictimai-siyasi və mədəni həyatında daha fəal iştirak etdiyini qeyd etmiş, ənənəvi sahələrlə yanaşı dövlət qulluğu sahəsində də daha fəal şəkildə cəlb olunduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan qadınlarının dünyada fəal rolunu təcəssüm etdirən ən yaxşı nümunədir.
Tədbirdə RİH başçısı tərəfindən bir qrup fəal qadınlara fəxri fərmanlar və hədiyyələr verildi.
Daha sonra tədbir konsert proqramı ilə davam etdirildi.