04 mart 2015-ci il tarixdə Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının gənclər birliyinin IV konfransı keçirilib.
İclasda çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, millət vəkili Sevinc Hüseynova bildirdilər ki, aparılmış siyasi iş və ideoloji təbliğat nəticəsində ərazi ilk partiya təşkilatının üzvlərinin sayı daha da artırılmışdır. Belə ki, bu il 152 nəfər partiyaya qəbul edilmişdir. Onlardan, 74 nəfərini gənclər təşkil edir. Hazırda YAP üzvlərinin sayı ümumilikdə 5780 nəfərə çatmışdır. Sevindirici haldır ki, yeni qəbul edilmiş partiya üzvlərinin böyük əksəriyyəti də gənclərdir.
Daha sonra , YAP Gədəbəy rayon təşkilatının gənclər birliyinin sədri, sədr müavini və üzvlər seçildilər. Tədbirdə YAP mərkəzi aparatının baş təlimatçısı Rəfayıl Gülməmmədov, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev, Gədəbəy rayon Gənclər Birliyinin sədr müavini Samir Vəliyev və başqaları Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı, ölkə prezidenti cənab İlham Əliyevin eləcə də onun xanımı – YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, millət vəkili Mehriban Əliyevanın gənclərə göstərdiyi böyük diqqət və qayğıdan, bütün sahələrdə gənclərin öndə getməsi üçün gördükləri əvəzsiz xidmətlərdən danışdılar. Qeyd edildi ki, YAP Gədəbəy rayon təşkilatının Qadınlar Şurası və Gənclər Birliyi öz sıralarını möhkəmləndirməklə rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər. Respublikada qadınların və gənclərin ictimai və siyasi həyatda rolunun artması da, konfrans iştirakçılarının nəzərinə çatdırıldı.