Şriftin ölçüsü :

Saytın rəngi :

03 mart 2015-ci il tarixdə Gədəbəy rayonunda süni qiymət artımının qarşısının alınması üçün Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış komissiyanın iclası keçirilmişdir.

03 mart 2015 | 16:00

İclasda Rayon İcra Hakimiyyəti başçısı Ramiz Yediyarov, İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və sahibkarlar iştirak etmişlər. Yaranmış komissiya kənd təsərrüfatı və ərzaq məhsullarının satışı zamanı süni qiymət artımının qarşısının alınması üçün mütəmadi olaraq nəzarət tədbirlərinin keçirilməsini təmin edir. İclasda RİH başçısı Ramiz Yediyarov,  başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüsal Musayev, rayon prokuroru Allahverdi Səfərov çıxış edərək qiymət artımı ilə bağlı sahibkarlara ciddi tapşırıqlar verərək, bu işin yolverilməz olduğunu bildirdilər. Bununla yanaşı iclasda RİH başçısının yerlərdəki nümayəndəliklərinə, bələdiyyə sədrlərinə və rayonun aidiyyatı idarə-müəssisə rəhbərlərinə bir daha tapşırıldı ki, belə hallara rast gəlinərsə dərhal RİH başçısı yanında yaradılmış komissiyaya xəbərdarlıq edilsin.

Keçidlər