Şriftin ölçüsü :

Saytın rəngi :

“1 Mart - Beynəlxalq Mülki Müdafiə Günü” ilə əlaqədar Gədəbəy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Q.Əhmədov adına 1 saylı Slavyanka kənd tam orta məktəbdə təlim keçirilmişdir.

27 fevral 2015 | 16:00

Təlimdə Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayev, Azərbaycan Respublikası FHN Dövlət Yanğından Mühafizə Xidməti  Gədəbəy rayon Dövlət Yanğından Mühafizə hissəsinin rəisi, polkovnik-leytenant  Qalib Qarayev, «Qızıl Aypara» cəmiyyətinin sədri Mədət Nəbiyev Gədəbəy rayon Dövlət Yanğından Mühafizə hissəsi və Z.Əliyeva adına Mərkəzi rayon xəstəxanasının  işçiləriləri iştirak etmişdir. Məktəbdə keçirilən təlimin nəzəri hissəsində Mülki müdafiənin tarixi və əhəmiyyəti haqqında şagirdlərlə maarifləndirici söhbətlər aparılıb, fövqəladə hallar zamanı istifadə olunan avadanlıqlar nümayiş etdirilib. Daha sonra şərti xəbərdarlıq siqnalı ilə məktəbdə “yanğın” həyəcanı elan olunub. Məktəblilər yanğın zamanı təhlükəli zonadan təxliyə olunma qaydalarını, yaralanmış şəxslərin xilas edilməsi üsulları nümayiş olunmuşdur. Şagirdlərin təlimatlandırılması və maarifləndirilməsi məqsədilə məktəbə yanğınsöndürənlər və təcili tibbi yardım heyəti cəlb olunmuşdur. Təlim uğurla başa çatmışdır.

Keçidlər