Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə tikilən kartof emalı fabrikində 10 min tondan çox məhsul saxlamaq mümkün olacaqdır

13 sentyabr 2011 | 15:00

Gədəbəydə tikilən kartof emalı fabrikində inşaat işləri yekunlaşmaq üzrədir. Fabrikdə Hollandiyadan gətirilmiş ən müasir avadanlıq quraşdırılacaqdır.
Gədəbəy Rayon İcra Hakimiyyətindən bildirmişlər ki, fabrikdə quraşdırılacaq soyuducu anbarda 10 min tondan çox kartof saxlamaq mümkün olacaqdır. 100-dən çox fəhlənin çalışacağı yeni müəssisədə 30-a yaxın yarımfabrikatlar buraxılacaqdır.
Bildirilmişdir ki, bu çox lazımlı, ehtiyac duyulan bir müəssisədir. Rayonda çox kartof istehsal olunmasına baxmayaraq primitiv saxlanıldığından məhsul tez bir zamanda xarab olur. Lakin yeni inşa edilən soyuducu kameralarda kartofu hətta 2 il də saxlamaq mümkün olacaqdır. Bu da məhsulun istənilən vaxt bazara çıxarılmasına imkan yaradacaqdır.
 

Keçidlər