Şriftin ölçüsü :

Saytın rəngi :

17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə Gədəbəy rayonunda tədbir keçirildi .

17 iyun 2022 | 15:20

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alınaraq hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Bu münasibətlə Gədəbəy rayonunda tibb işçilərinin peşə bayramı qeyd edilmişdir. Tədbir iştirakçıları öncə Ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül qoymuşlar.

Rayon Mərkəzi Xəstəxanasında davam etdirilən tədbirdə çıxış edən RİH başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev tibb işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, Onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın ölkədə səhiyyə sahəsinə göstərdikləri diqqət və qayğıdan danışaraq qeyd edib ki, son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər respublikamızda bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Çıxışının sonunda bir daha tibb işçilərini təbrik edərək, onlara gələcək işlərində uğurlar arzulayıb.

Tədbirin sonunda “17 İyun – Tibb işçilərinin peşə bayramı” münasibətilə rayonun səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə bir qrup tibb işçisi Rayon İcra Hakimiyyətinin başçısının Fəxri Fərmanı ilə təltif olundu.

Keçidlər