Şriftin ölçüsü :

Saytın rəngi :

18 fevral 2015-ci il tarixdə Gədəbəy rayonunda "Narkomaniyaya yox deyək!" mövzusunda tədbir keçirilib.

18 fevral 2015 | 16:00

Gədəbəy rayonu Mədəniyyət və Turizm şöbəsinin iclas zalında keçirilən tədbirdə çıxış edən Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısının birinci müavini Qüdrət Paşayev, Gədəbəy rayonu Polis Şöbəsinin rəisi Məhərrəm Quliyev,  Gədəbəy rayonu Polis şöbəsinin rəis müavini Bəhman Məmmədov, Gənclər və İdman İdarəsinin rəis müavini Samir Vəliyev və digərləri bildiriblər ki, ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə dövlətin daim diqqət mərkəzindədir.
      Qeyd edilib ki, bu işin səmərəliliyinin artırılması, profilaktikasının gücləndirilməsi məqsədilə ardıcıl, zəruri tədbirlər görülür. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı vaxtilə Ümummilli Lider Heydər Əliyev tərəfindən başlanan, hazırda yeni müstəvidə davam etdirilən barışmaz mübarizə xətti dövlətimizin maraqlarının qorunmasının prioritet istiqamətlərindəndir. Bu sahədə fəaliyyətin səmərəsini artırmaq məqsədilə Prezident İlham Əliyev 2007-2012-ci və 2013-2018-ci illəri əhatə edən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı"nı təsdiq edib. Eyni zamanda diqqətə çatdırılıb ki, dünyada, eləcə də respublikamızda narkomaniya ilə mübarizə sahəsində xeyli işlərin görülməsinə baxmayaraq, hələ də bu sahədə problemlər yaşanmaqdadır. Narahatlıq doğuran hal odur ki, dünyada narkomanlıq xəstəliyinə tutulanların sayı durmadan çoxalır, narkotika ilə bağlı olan cinayətlərin sayı artmaqda davam edir.
Vurğulanıb ki, bu həyəcan, narahatlıq nəzərə alınmaqla "Narkomaniyaya yox deyək!" mövzusunda keçirilən tədbir aktuallığı baxımından çox əhəmiyyətli və təqdirəlayiqdir.
Tədbirdə Gədəbəy rayonunda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri keçirilmiş və tədbirlərdə geniş  məruzə dinlənilib. Məruzədə gənclər arasında bu sahədə həyata keçirilən maarifləndirmə tədbirlərindən və narkomaniyanın cəmiyyətimizə gətirdiyi acı nəticələrdən danışılıb.

Keçidlər