Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirildi

11 fevral 2015 | 16:00

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının  Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi  Habil  Əzənmədov, Milli Məclisin deputatları Rafiq Məmmədhəsənov və Sevinc Hüseynova, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri də iştirak edirdilər. Tədbirdə ilk olaraq RİH başçısı qonaqlarla birlikdə  Respublikamızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət etdilər. Sonra tədbir rayon Mədəniyyət evində davam etdirildi. Tədbiri giriş sözü ilə RİH başçısı Ramiz Yediyarov açaraq bildirdi ki, yola saldığımız 2014-cü il də xalqımız və dövlətimiz üçün uğurlu il kimi yadda qaldı. Bunun da köklü əsasları var. Bu gün müstəqil Azərbaycan demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir. Bu uğurlara möhtərəm cənab Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti sayəsində nail olunmuşdur.
Respublikamızda 2014-cü ildə görülmüş işlər və qarşıda duran vəzifələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə  2015-ci il yanvarın 10-da Nazirlər Kabinetinin iclasında ətraflı təhlil edilmişdir.
Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlarda fəal iştirak etmiş, ötən il Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi dövr ərzində Avropada demokratiyanın inkişafına,insan haqlarının qorunmasına və ədalətin bərqərar olmasına çox böyük tövhələr vermişdir.
Ölkə iqtisadiyyatının bütün göstəriciləri müsbət olmuşdur.
Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkədir. Bunu mötəbər beynəlxalq iqtisadi qurumlar qeyd edirlər. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə,2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünyada rəqabətqabiliyyətliliyinə görə 38-ci yerə layiq görülmüşdür.
Ötən il “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur.Bu layihəni XXI əsrin layihəsi adlandırırlar.Ulu öndər Heydər Əliyevin neft strategiyasının uğurlu icrası bu gün də davam etdirilir. “Cənub”qaz dəhlizinin müəllifi Azərbaycandır.
Ölkə rəhbəri Cənab Prezidentimizin dediyi kimi “2014-cü ilin yekunları və 2015-ci il bir daha bizim gücümüzün göstəricisidir.Nə neftin qiymətinin düşməsi,nə böhranlar, nə yaxınlıqda baş verən qanlı toqquşmalar bizim sürətli inkişafımıza təsir edə bilməz. Biz 2015-ci ili də uğurla başa vuracağıq və ölkəmizin inkişafını təmin edəcəyik”.
Yola saldığımız 2014-cü il Gədəbəy rayonu üçün də uğurlu il olmuş, rayonun sosial infrastrukturun yaradılması ilə bağlı həyata keçirilən böyük işlər davam etmişdir. Belə ki,rayonun Samanlıq kəndində 180 və Arıqdam kəndində 480  şagird yerlik tam orta məktəbləri, Gədəbəy şəhərində Uşaq Yaradıcılıq Mərkəzi yenidən tikilərək, Çanaqçı kənd tam orta məkətəbi isə təmir olunaraq pedaqoji kollektivin istifadəsinə verilmişdir. 180 şagird yerlik İsalı və Moruxlu kənd tam orta məktəblərində, o cümlədən Gədəbəy şəhərində 100 uşaq yerlik uşaq bağçasında tikinti işləri davam etdirilir.
Möhtərəm Cənab Prezidentimizin müvafiq Sərəncamları ilə tikintisinə başlanılmış Gədəbəy-Novosaratovka-Qaravəlilər (56 km), Qarıkənd-Miskinli-Çalburun (13,3 km) və Qızıltorpaq-Ağbaşlar (5 km) avtomobil yollarının tikinitisi başa çatdırılmışdır. Eyni zamanda rayonumuzda geniş abadlıq işləri də aparılır. Rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən şəhərin Heydər Əliyev prospekti də daxil olmaqla 20 yanvar küçəsi əsaslı şəkildə yenidən qurulmuş, müasir işıqlandırma sistemi quraşdırılmış, istinad divarları çəkilmişdir.
Rayon mərkəzində “Köhnə Avtovağzal” adlanan ərazidə yerləşən yöndəmsiz ticarət köşkləri 20 yanvar küçəsində tikilmiş və hər cür şəraitə malik yeni “Ticarət Mərkəzi” nə köçürülmüşdür. Bu ərazidə abadlıq işləri davam etdirilir.
Rayon mərkəzində Polis şöbəsi və FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Dövlət Yanğından Mühafizə hissəsi üçün yeni müasir tələblərə cavab verən inzibati binalar tikilib istifadəyə verilmişdir.
Heydər Əliyev parkının şimal-qərb hissəsində 1000 nəfər tamaşaçı tutumu olan “Amfiteatr”ın və rayon mərkəzində “Saat qülləsi”nin inşası başa çatdırılmışdır.
Bundan əlavə Böyük Vətən Müharibəsi iştiraçılarının çoxsaylı müraciətlərini nəzərə alaraq 1941-45-ci illərdə həlak olanların xatirəsinə həsr edilmiş “Ana” abidəsi “Şəhidlər xiyabanı”nına köçürülmüş və burada abidə kompleksinin yaradılmasına başlanılmış,eyni zamanda Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğurunda gedən döyüşlərdə şəhid olanların xatirəsinə həsr olunmuş yeni abidə ucaldılmışdır.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial- iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına başlanılmış və regionların
Olkədə sahibkarlığın inkişafı və bu sahəyə maraq göstərən insanlara lazimi diqqət və qayğı göstərilir.Sahibkarlığın inkişaf etdirilməsi üçün hüquqi bazanın möhkəmləndirilməsi, dövlət tərəfindən hərtərəfli dəstəyin verilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi siyasətin  əsas istiqamətlərindən biridir. Ölkə Prezidentinin sahibkarların fəaliyyəti üçün münbit şaraitin yaradılması ilə bağlı göstərişlərini əsas tutaraq, bu istiqamətdə məqsədyönlü işlər davam etdirilmişdir.
Rayonumuzun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən torpaq islahatı və Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsullarının  istehsalçılarına Dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il tarixli Sərəncamı, o cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi rayonumuzun kənd təsərrüfatı istehsalçıları tərəfindən böyük  rəğbətlə qarşılanmış və onları daha da ruhlandırmışdır.
Bu sahəyə olkə rəhbəri tərəfindən göstərilən diqqətin nəticəsidir ki, rayonda müasir tələblərə cavab verən, kənd təsərrüfatı eləcə də baytarlıq idarəsi və diaqnostik kabinet üçün yeni inzibati binanın tikintisi davam etdirilir.
Hal-hazırda rayonumuzda imtiyazlı şəxslər üçün 24 və 16 mənzilli iki yaşayış binası mövcuddur. Növbədə olan belə imtiyazlı şəxslərin həyat şəraitinn yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi üçün ötən il 4 fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi ayrılmış və lazımi sənədlər tərtib olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Bu evlərin cari ildə tikilməsi nəzərdə tutulur.
Gədəbəy şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması  kimi qarşıda mühüm işlər durur. Daha sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının  Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi  Habil  Əzənmədov, Milli Məclisin deputatları Rafiq Məmmədhəsənov və Sevinc Hüseynova da öz çıxışlarında ölkə Prezidentinin Gədəbəy rayonuna diqqət və qayğısından, Gədəbəy rayonunun sosial-iqtisadi göstəricilərindən, rayonda aparılmış geniş abadlıq-quruculuq işlərindən danışdılar.

Keçidlər