Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə Gənclər günü qeyd olundu

01 fevral 2015 | 16:00

Fevralın 1-də Gədəbəy rayon Gənclər və İdman İdarəsi tərəfindən Gənclər günü münasibətilə tədbir keçirildi. “Eldorado” İstirahət Mərkəzində baş tutan tədbirdə Gədəbəy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev, İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin əməkdaşları, idmançılar və fəal gənclər iştirak etdilər. Ümumilikdə 100-dən çox gəncin qatıldığı tədbirdə Gədəbəy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev, Gədəbəy rayon Gənclər və İdman İdarəsinin rəisi Əlviz Gülməmmədov, İdarənin rəsi müavini Samir Vəliyev çıxış edərək, gəncləri təbrik etdilər, onlara öz arzularını çatdırdılar.
Daha sonra karate üzrə Avropa çempionu olmuş gədəbəyli gənc Beyrək Bağırov gənclərimizə təqdim olundu, onun ürək sözləri dinlənildi. Gənclər və İdman İdarəsi Beyrək Bağırova fəxri fərman və qiymətli hədiyyə təqdim etdi. Eyni zamannda il ərzində fərqlənmiş idmançılar, onların məşqçiləri, fəal gənclər də Gədəbəy rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olundular. Daha sonra tədbir bayram şənliyi ilə davam etdi.

Keçidlər