22.01.2015-ci il tarixdə Yeni Azərbaycan Partiyası Gədəbəy rayon Təşkilatının yaranmasının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir
Tədbirdə RİH başçısının birinci müavin Qüdrət Paşayev və rayonu idarə, təşkilat, müəssisə rəhbələri, iştirak edirdilər.
Tədbiri giriş sözü ilə YAP Gədəbəy rayon təşkilatını sədri Rüstəm Nağıyev açaraq geniş məuzə ilə çıxış etmişdir.
O bildirmişdir ki, Dövlət müstəqilliyinin bərpasından sonra, Azəbaycanda yaranmış hərc-mərcliyi, özbaşnalıqları və ölkənin ayrı-ayrı bölgələrə parçalanması təhlükəsini, yaranmış ağır vəziyyəti və böhranı görən Azərbaycanın düşünən beyni və görən gözü olan bir qrup ziyalıları dövlətimizi bu böhrandan çıxarmaq üçün bütün bölgələrdə sorğu apararaq belə qənaətə gəldilər ki, yaranmış vəziyyəti aradan qaldırmaq üçün YAP-sı kimi bir partiyanın yaradılması və onun sədri yalnız böyük siyasətçi Ümumilli Lider Heydər Əliyev olmalıdır. Bu məqsədlə 91 nəfərdən ibarət Azərbaycanın ziyalıları 16 oktyabr 1992-ci il tarixdə Naxçıvanda yaşayan və çalışan Heydər Əliyevin ünvanına səs qəzeti vasitəsi ilə müraciət qəbul etdilər.
24 oktyabr 1992-ci ildə ulu öndər Heydər Əliyev ziyalıların müraciətinə cavab olaraq bildirdi ki, YAP-ın yaradılması obyektiv zərurətdən və zamanın tələbindən doğur, belə bir partiya yaranarsa onun fəaliyyətində fəal iştirak etməyə hazıram.
21 noyabr 1992-ci il də Naxçıvan şəhərində YAP-ın təsis konfrası keçirildi. Konfransda respublikanın müxtəlif regionlarının təşəbbüs qrupu üzvlərindən ibarət 550 nəfərdən artıq nümayəndə iştirak etmişdir.
Konfrans nümayəndələri açıq səs verməklə Heydər Əliyevi YAP-ın sədri seçdilər. YAP-ın yaranması, Ulu Öndər Heydər Əliyevin partiyanın sədri seçilməsi, respublikanın hər yerində olduğu kimi, rayonumuzda da sevinclə qarşılandı.
Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının uğurla həyata keçirdiyi sosial-iqtisadi inkişaf kursu Gədəbəy rayonunda da sürətli və dinamik inkişaf dövrü kimi yadda qalmışdır.
Belə ki, rayonumuzda tikinti-quruculuq işləri davam etdirilmiş, rayonun sosial-iqtisadi sahələrində yeni-yeni nailiyyətlər əldə olunmuşdur.
Şübhəsiz ki, bu nailiyyətlərin əldə olunması ölkə rəhbəri cənab İlham Əliyevin uzaqgörən, müdrik daxili və xarici siyasətinin məntiqi nəticəsidir.
2014-cü il Respublikamız üçün o cümlədən, Gədəbəy rayonu üçün bir çox əlamətdar hadisələrlə yadda qalmışdır. Bu diqqət və qayğıya görə bütün gədəbəylilər adından cənab Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.
Keçən il Gədəbəy rayonunda sosial infrastukturun yaradılması ilə bağlı xeyli işlər görülmüşdür. Ötən ildə möhtərəm cənab Prezidentimizin müvafiq Sərəncamı ilə Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisi başa çatmışdır.
2014-cü ildə Uşaq Yaradıcılıq mərkəzi, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Müdahfiz Xidmətinin Gədəbəy rayon şöbəsi və rayon polis şöbəsi üçün inzibati binaların tikintisi başa çatıb istifadəyə verilmişdir. Heydər Əliyev adına parkda hazırda uşaqların əylənməsi üçün lazımi şərait yaradılmışdır.
Tədbirin sonunda YAP Gədəbəy rayon Gənclər təşkilatı adından Ölkə prezidenti Cənab İlham Əliyevə müraciət oxundu.