21.01.2015-ci il tarixdə Gədəbəy RİH Başçısının şəhər İƏD üzə nümayəndəliyin 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında Gədəbəy RİH Başçısı Ramiz Yedyarov da iştirak edirdi. Yığıncaqda ilkin olaraq RİH Başçısı Respublikamızda gedən sosial-iqtisadi inkişafdan və ölkə Prezidenti Cənab İlham Əliyevin apardığı uğurlu siyasət barədə yığıncaq iştirakçılarını məlumatlandırdı.
Daha sonra şəhər İƏD üzrə nümayəndə Şahbaz Bayramovun hesabat məruzəsi dinlənildi və aşağıda yazılanları qeyd etdi:
Respublikanın hər yerində abadlıq-quruculuq işləri surətlə aparıldığı kimi Gədəbəydə də bütün işlər sürətlə həyata keçirilir.
Hesabat ilində şəhərin Heydər Əliyev prospektində aparılan quruculuq işləri tamamlanmışdır.Prospektdə yeni asfalt örtüyü salınmış, istinad divarları aqlay üzlüklə üzlənmiş, divarlara işıqlandırma sistemi quraşdırılmış və yaşıllıqlar salınmışdır.
20 Yanvar küçəsində də yendənqurma təmir-barpa işləri aparılmışdır. Beləki, küçənin hər iki tərəfinə isdinad divarları hörülərək həmin divarların üzləri aqlay daşlarla üzlənmişdir. İstinad divarlarının aralarına taxta barmaqlıqlar vurulmuş və həmin küçəyə asfalt örtüyü salınmışdır. 20 yanvar küçəsində ticarət mərkəzi tikilib ətrafına asfalt beton tökülərək əhalinin istifadəsinə verilmişdir. Həmin küçədə piyadaların rahat hərəkətlərini təmin etmək məqsədi ilə hər iki tərəfdə səkilər düzəldirilərək səkilərə tamet daş örtüyü düzülmüşdür.Küçənin hərəkət istiqamətində müasir formada işıqlandırma sistemi quraşdırılaraq istifadəyə verilmişdir.
X.Haqverdiyev küçəsində Missu çayı üzərində olan piyada keçid körpüdə təmir işləri aparılmışdır. Körpünün mühafizə hissəsinə dəmir barmaqlıqlar qaynaq edilərək bərkidilmişdir.
D.Əliyeva , S.Hüseynov, İ.Aznaurov, C.Abdullayev, S.Vurğun küçələrində yola qum cınqıl qarışığı tökülərək hamarlanmışdır.
Şəhərin mərkəzinə xüsusi gözəllik verən müasir formada inşa edilmiş saat qulləsi istifadəyə verilmişdir. Saat qulləsinin ətrafında yaşıllıqlar salınmış və dekorativ ağaclar, çiçəklər əkilmişdir.Saat qülləsinin ətrafı müasir işıqlandırma sistemi ilə işıqlandırılır.
Şəhərin H.Əliyev adına Mərkəzi Parkda geniş miqyaslı tikinti quruculuq və abadlıq işləri aparilmışdır. Belə ki, parkda insanların rahat hərəkəti üçün piyada yollarına təbii daş düzülərək yolun kənarlarına müasir işıqlandırma sistemi quraşdırılmışdır. Piyada keçidlərinin kənarına dekorativ ağaclar və güllər əkilərək insanların istirahəti üçün yeni otracaqlar qoyulmuşdur. Uşaqların istirahət vaxtlarının səmərəli keçirmələri üçün parkda 4 yeni atraksion tikilərək istifadəyə verilmişdir. Parka əlavə uşaq yellənçəkləri quraşdırılmışdır.İstirahət guşələri təmir olunaraq kənarları təbii daşla hörülmüşdür. Parkda uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə “Tir” atıcılq binası tikilib istifadəyə verilmişdir,həmin binanın ətrafı abadlaşdırılmışdır. Parkda müasir formalı çay evinin tikintisində son tamamlama işləri aparılır. Yaxın günlərdə əhalinin istifadəsinə veriləcəkdir.
Aşıq musiqi məktəbinə yaxın parkın bir hissəsində müasir formada 1000 nəfər tutuma malik və hər cür şəraiti, vip və işıqlandırma sistemi quraşdırılmış amfi teatr(Yaşıl teatr) tikilib istifadəyə verilmişdir. Amfi teatrın ətrafına dekorativ ağaclar və güllər əkilərək yaşıllıq zolağı salınmışdır. 2014-cü ilin yayında Yaşıl teatrda Gədəbəy- Gədəbəy ziyalılarının gözü ilə mövzusunda böyük bir tədbir keçirilmişdir.Tədbirdə Respublikanın tanınmış ziyalıları da iştirak etmişlər.
Respublikamızda, eləcə də rayonumuzda aparılan tikinti, abadlıq -quruculuq işlərinə görə Ölkəmizin Prezidenti Möhtərəm İlham Əliyev cənablarına bütün Gədəbəylilər adından öz dərin minnətdarlığımızı bildiririk.
Şəhərdə heç bir zaman özünə məxsus binası olmayan Uşaq Yaradıcılıq Mərkəzi hər cür şəraiti olan, müasir bina tikilərək uşaqların və yeniyetmələrin istifadəsinə verilmişdir.
Şəhərin girişində yolun sağ və sol hissəsinə 3 sıradan ibarət Eldar şamı əkilərək daimi idarə, müəssisə və təşkilatlar tərəfindən ağaclara qulluq olunur. Şəhərin girişində avtomobil yolunun bir tərəfində sel sularının kecidi üçün dəmir- beton kanal salınmışdır.
Şəhərin 20 yanvar küçəsində 3 mərtəbəli müasir standartlara uyğun Gədəbəy Rayon Polis şöbəsinin inzibati binası və şəhər ərazisində Fövqəladə Hallar Nazirliyinin Gədəbəy Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin binası tikilərək 2014-cü ildə istifadəyə verilmişdir.
Gədəbəy rayon Mədəniyyət evinin möhtəşəm zalı təmir edilib, bütün avadanlıqları ilə birlikdə yenidən qurulmuşdur.
Şəhidlər xiyabanında təmir bərpa işləri aparılmışdır, şəhidlərin məzarları mərmər daşlarla yenidən düzəldilmişdir. Ətrafları aqlay daşla üzlənmişdir.
20 yanvar Şəhidlərinin əziz xatirəsinə yenidən möhtəşəm heykəl qurulmuş, ətrafı aqlay daşla üzlənmiş və işıqlandırma sistemləri quraşdırılmışdır.
Böyük Vətən müharibəsi iştirakçılarının xahişini nəzərə alaraq 1941-1945 –ci illər üçün olan abidə kompleksinin yenidən qurulması üçün lazımı işlər aparılır. Yaxın günlərdə abidə kompleksində son tamamlama işləri başa çatdırılacaqdır.
Şəhərdə 1 və 12 saylı iki körpələr evi -uşaq bağçası, 2 tam orta məktəb, 2 ümumi orta məktəb fəaliyyət göstərir.
Şəhərdə təbii qaz və elektrik verilişi normalıdır. Ancaq istismar müddətini keçmiş elektrik dayaqları və naqilləri dəyişdirilmir.Buda bir problem olaraq qalır.
Şəhərimizdə İslam İnkişaf Bankının dəsdəyi ilə 2-ci Milli Su Təhcizatı və kanalizasiya xətlərinin layihəsi layihələndirilib başa çatdırılmışdır. Su Təhcizatı və kanalizasiya sistemlərinin qurulması üçün su anbarlarının yeri müəyyən edilmiş, tikinti işlərlərinin başlanması üçün 24 dekabr 2014-cü il tarixdə İslam inkişaf bankının , “Azərsu”Açıq Səhimdar Cəmiyyətinin və rayon rəhbərliyinin , rayon ictimayyətinin iştirakı ilə təməlqoyma mərasimi keçirilmişdir. Bununla da gələcəkdə şəhər əhalisinin, eləcə də yaxın ətraf kəndlərin suya olan təlabatı tam ödəniləcəkdir. Bu da şəhər əhalisinin sevincinə səbəb olmuşdur Buna görə də ölkə rəhbəri möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına və RİHB-sı Ramiz Yediyarova şəhər əhalisi adından öz minnətdarlığımızı bildiririk.
Şəhərdə iş adamları və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün hər cür şərait yaradılmışdır. Qanunla müəyyən edilmiş qaydada iş görmək istəyən iş adamlarının işinə heç bir müdaxilə edilmir.
Hesabat ilində ölkəmizdə bələdiyyə seçkilərinin keçirilməsində Gədəbəylilər yüksək fəallıq göstərərək öz layiqli namizədlərinə səs vermişlər.
2015-ci ildə köhnə avtovağzal deyilən ərazidə yenidənqurma işləri, Missu çayı üzərində olan körpülərdə isə təmir-bərpa işləri aparılacaq. Şəhər ətrafı və şəhərdaxili küçələrdə işıqlandırma sistemlərinin quraşdırılması və küçələrin asfaltlaşdırılması həmçinin sel sularının axıdılması üçün su kanallarının quraşdırılması, istinad divarlarının tikilməsi nəzərdə tutulmuşdur.
Hesabat məruzəzi dinlənildikdən sonra tərəfindən təkliflər irəli sürüldü və RİH Başçısı Cənab Ramiz Yediyarov şəhər sakinləri tərəfindən irəli sürülmüş təkliflər barədə aidiyyatı üzrə tapşırıqlar verdi.