Şriftin ölçüsü :

Saytın rəngi :

20 yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı Gədəbəy rayonunda ümumrayon anım mərasimi keçirildi

20 yanvar 2015 | 16:00

Gədəbəy  Rayon İcra Hakimiyyəti Başçısı Aparatında  təsdiq edilmiş tədbirlər planında nəzərdə tutulmuş tədbirlərin davamı olaraq 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı ümumrayon anım mərasimi keçirilmişdir.
Tədbir  RİH başçısının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilməsi ilə başlamışdır. Tədbirdə çıxış edən RİH başçısı Ramiz Yediyarov bildirib ki, şəhidlərin qanı bahasına əldə olunan milli müstəqilliyimizi daim qorunmalı, eləcə də onların xatirəsi əziz tutulmalıdır. Tədbirdə o da vurğulanıb ki, 20 Yanvar tariximizə qara hərflərlə yazılıb. Çünki neçə-neçə əli yalın, silahsız həmvətənlərimiz bir gecədə vəhşicəsinə öldürülüb. Onu da  qeyd etdi ki, Gədəbəydə şəhid ailələrinin problemləri daim diqqət mərkəzində saxlanılır.  Sonra rayon rəhbərliyi və  ictimaiyyət nümayəndələri birgə olaraq vətənimiz uğurunda canından keçmiş Sovet İttifaqı qəhramanı Mehdi Quliyevin, milli qəhramanlarımız Məzahir Rüstəmov və İlham Əliyevin xatirəsini yad etdilər. Daha sonra  Şəhidlər Xiyabanında 20 yanvar və vətənimiz uğurunda qəhramancasına həlak olmuş şəhidlərin əziz xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyuldu. Şəhidlər Xiyabanına axışan minlərlə sakin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfilər düzmüş, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.

Keçidlər