Şriftin ölçüsü :

Saytın rəngi :

Əkinlərin suvarma suyu ilə normal təmin olunması üçün tədbirlər görülür

21 oktyabr 2011 | 15:00

Tovuz Subartezian Quyularının İstismarı İdarəsindən AzərTAc-a bildirmişlər ki, idarə Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayonlarında yerləşən 682 subartezian və artezian quyularına xidmət edir.
Cari ilin yanvar-sentyabr aylarında quyulardan istifadəni yaxşılaşdırmaq məqsədi ilə 14 müxtəlif güc transformatoru təmir edilərək istifadəyə verilmişdir. Bundan əlavə, doqquz ayda 216 subartezian quyusunda əsaslı, 238-ində isə cari təmir işləri aparılmış, Yanıxlı, Qədirli və Düz Cırdaxan kəndlərində yeni subartezian quyuları istismara verilmişdir.
 

Keçidlər