Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonu İcra Hakimiyyəti başçısı yanında ictimai-siyasi və humanitar sahədə aparılan işlərin vəziyyəti barədə şura iclası keçirilmişdir.

10 dekabr 2014 | 16:00

10 dekabr 2014-cü il tarixdə Gədəbəy rayonu İcra Hakimiyyəti başçısı yanında ictimai-siyasi və humanitar sahədə aparılan işlərin vəziyyəti barədə şura iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Akademik Ramiz Mehdiyevin sədrliyi ilə 28 oktyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında şəhər və rayon İcra hakimiyyəti başçıları  və şəhər və rayon  İcra Hakimiyyəti başçılarının ictimai siyasi və humanitar məsələlər üzrə müavinləri keçirilən seminar müşavirədə qarşıya qoyulan vəzifələri və bu vəzifələrin rayonda icrasını geniş müzakirə edildi.
Bu barədə çıxış edən  rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov ətraflı məlumat verdi. Sonra çıxışlar dinlənildi. Qeyd olundu ki, hamının böyük marağına səbəb olan seminar-müşavirədə yerlərdə  vətəndaşlarla müntəzəm əlaqənin saxlanılması, düzgün kadr seçimi, internet resurslarında və sosial şəbəkələrdə yer alan xəbərlərin  izlənməsi və təhlil olunması, ideoloji işin yüksək səviyyədə qurulması, təhsil infrastrukturunun və mühitinin yaxşılaşdırılması, ekologiya, turizm, əhalinin asudə vaxtının səmərəli təşkili, cəmiyyətin həyatında qadınların fəallığının artırılması, din, gənclər və uşaq siyasəti, səhiyyənin, bədən tərbiyəsinin, idmanın inkişafı və başqa məsələlər barədə ətraflı  müzakirələr aparılmış və dinləyicilərə müvafiq tövsiyə və tapşırıqlar verilmişdir. Daha sonra rayonun ümumtəhsil məktəblərində çalışan bir qrup gənc müəllimlər təhsilin inkişafında fərqləndiklərinə görə RİH başçısı tərəfindən hədiyyələr və Fəxri fərmanla təltif olundular.

Keçidlər