Şriftin ölçüsü :

Saytın rəngi :

3 dekabr Beynalxalq əlillər günü - Gədəbəy rayonu İcra Hakimiyyəti ilə birgə Gədəbəy rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən qeyd olunmuşdur.

03 dekabr 2014 | 16:00

Belə ki, həmin qurumlar tərəfindən bayram ziyafəti təşkil olunmuş, tədbirdə bütün kateqoriyadan olan əlillər iştirak etmişlər. Tədbirdə  Gədəbəy rayonu İcra Hakimiyyətinin  məsul şəxsləri  və  Gədəbəy rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəhbərliyi, əlillərin bayramını  təbrik edərək, onlara ölkə başçısı tərəfindən daim diqqət göstərildiyini, onların rifah halının günü-gündən yaxşılaşmasının diqqət mərkəzində olduğunu qeyd etmişlər.
Əlillər onlara göstərilən bu qayğılardan razı olduqlarını və göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər