Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda II Beynəlxalq Aşıq festivalı keçirildi

13 noyabr 2014 | 16:00

13 noyabr 2014-cü il tarixdə Gədəbəy rayonu Aşıq Musiqi Məktəbində Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Aşıqlar Birliyi ilə birlikdə II Beynəlxalq Aşıq Festivalı keçirildi. Festivalda Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Rusiya Federasiyası, Azərbaycanın bütün bölgələrindən aşıqlar və Azərbaycanın görkəmli ziyalısı - professor Qəzənfər Paşayev, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev də iştirak edirdi. Tədbiri cənab Ramiz Yediyarov öz çıxışı ilə açaraq, ilk öncə gələn qonaqları və festival iştirakçılarını salamladı və festival münasibətilə qonaqları təbrik etdi. O, çıxışında  cənab Prezident İlham Əliyev və onun xanımı - YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın  Azərbaycan mədəniyyətinin, incəsənətinin adət ənənələrinin inkişafında, qorunub saxlanılmasında gördükləri işləri,verdikləri töhvələri xüsusi olaraq vurğulayaraq cənab Prezident və xanımına öz təşəkkürünü bildirdi, bundan sonra da görəcəkləri işlərdə uğurlar arzuladı. Sonra professor Qəzənfər Paşayev də çıxış edərək, festival iştirakçılarını salamladı və festivalın hazırlanmasında əməyi olan hər kəsə öz təşəkkürünü bildirdi. Daha sonra festival Azərbaycan və digər ölkələrdən olan aşıqların ifaları ilə davam etdirildi.

Keçidlər