Şriftin ölçüsü :

Saytın rəngi :

12 noyabr 2014-cü il tarixdə Konstitutsiya günü və Gədəbəy rayonu Moruxlu kəndinə təbii qazın verilməsi münasibətilə tədbir keçirilmişdir.

12 noyabr 2014 | 16:00

12 noyabr 2014-cü il tarixdə Konstitutsiya günü münasibətilə Gədəbəy rayonu Moruxlu kəndinə təbii qazın verilməsi mərasimi keçirildi. Tədbirdə Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısı cənab Ramiz Yediyarov, Gədəbəy rayonu İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanı və digər idarə və  təşkilatların rəhbərləri, eləcə də Moruxlu və ətraf kənd sakinləri iştirak edirdilər.
Tədbiri RİH başçısı cənab Ramiz  Yediyarov öz nitqi ilə açaraq, Respublikamızın sürətli inkişafında ölkə prezidenti cənab İlham Əliyevin  əvəzsiz rolu olduğunu xüsusi vurğuladı. O, eyni zamanda “Konstitutsiya Günü” ilə bağlı çıxışında qeyd etdi ki, Azərbaycan Müstəqillik əldə etdikdən sonra yeni Konstitutsiyanın hazırlanması zərurəti yarandığna görə Ulu Öndər-Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitutsiya layihəsi ümumxalq müzkirəsinə verilmiş, 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Mütəqil Azərbaycanın ilk Konstitutsiyasının qəbul olunmuşdur. Daha sonra Konstitutsiya günü və Moruxlu kəndinə təbii qazın veilməsi münasibətilə kənd sakinlərini təbrik etdi.
Sonra, kənd sakinləri kəndlərinə təbii qaz verilməsinə görə ölkə prezidenti cənab İlham Əliyevə və RİH başçısı Ramiz Yediyarova öz  minnətdarlıqlarını bildirdilər. Daha sonra RİH başçısı təbii qazın verlişinin rəmzi əlaməti olan məşəli alovlandırdı.

Keçidlər