Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə Bayraq festivalı

09 noyabr 2014 | 16:00

Noyabrın 9-da Bayraq günü ilə əlaqədar Gədəbəy rayon Gənclər və İdarəsi maraqlı aksiya keçirib. 100-dək Gədəbəyli gənc Bayraq festivalına qatılıblar. Belə ki, gənclər geniş açıq sahəyə düzülərək öz mövqelərini tutublar. Bundan sonra Azərbaycanın Dövlət Himninin sədaları altında üçrəngli bayrağımızı gənclər növbə ilə bir-birlərinə ötürüblər. Nəticədə Azərbaycan Bayrağı geniş bir ərazidə dövrə vuraraq dalğalanıb. Gədəbəy rayon Gənclər və İdarəsinin təşkil etdiyi bu aksiya həm gənclərin, həm də aksiyanı kənardan görüb ayaq saxlayan sakinlərin böyük marağına səbəb olub

Keçidlər