Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirildi.

07 noyabr 2014 | 16:00

07 noyabr 2014-cü il tarixdə Gədəbəy rayonunda Azərbaycan tarixində əlamətdar hadisələrdən olan 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirildi.
Gədəbəy Rayon İcra Hakimiyyətinin dəyirmi masa otağında keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov, RİH başçısının müavinləri, RİH başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə rəhbərləri iştirak edirdi.
Bayram münasibətilə Gədəbəy  Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Yediyarov  təbrik nitqi söylədi. Rayon İcra Hakimiyyətinin başçısı əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edərək dövlətimizin bayrağının daim yüksəklərdə dalğalanmasını arzu etdi. O, həmçinin öz  çıxışında vurğuladı ki, üçrəngli, ay-ulduzlu bayrağımız müasir Azərbaycanın qurucusu  Ümummilli Lider Heydər Əliyevin  təşəbbüsü ilə Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmış, nəticədə milli bayrağımız ölkəmizin dövlət rəmzi kimi qəbul edilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı daha sonra dövlət başçısı cənab İlham Əliyevin Azərbaycan dövlət rəmzlərinə göstərdiyi diqqətdən bəhs edərək, 2009-cu il noyabr ayının 17-də imzaladığı sərəncamla 9 noyabr tarixini Dövlət Bayrağı Günü kimi təsis edilməsini qeyd edərək, dövlət başçısı tərəfindən atılan bu addımı özlüyündə bir ölkə rəhbərinin öz xalqının tarixi keçmişi, dövlətçilik ənənələri və milli-mənəvi dəyərlərinə göstərdiyi diqqətin bariz nümunəsi kimi səciyyələndirdi. Daha sonra tədbir hüquq-müahfizə orqanlarının, idarə və müəssisə rəhbərlərinin çıxışları ilə davam etdirildi.

Keçidlər