30 oktyabr 2014-cü il tarixdə Gədəbəy rayon İcra Hakimiyyəti Başçısı Ramiz Yediyarov rayonun Slavyanka kəndində kənd əhalisi ilə görüşdə olmuşdur.
Qəbulda Slavyanka kənd sakinləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri, hüquq mühafizə orqanları və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişdir. Görüşdə Gədəbəy rayon İcra Hakimiyyəti Başçısı Ramiz Yediyarov Prezident cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasətdən, əldə olunmuş uğurlardan danışmış, rayonda əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, respublikada və rayonda aparılan geniş tikinti – quruculuq, abadlıq işlərindən bəhs etmişdir .
RİH başçısı hazırda tikintisi davam etdirilən obyektlər barədə və gələcəkdə nəzərdə tutulan geniş layihələr barədə qeyd etdi. Bütün bu işlərin ölkə başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğının təzahürü kimi qiymətləndirildi.
RİH başcısı bildirdi ki, belə qəbulların keçirilməsi olduqca təqdirəlayiq haldır. Məqsəd xalq-dövlət münasibətlərində sıx əlaqə, körpü yaratmaqdır. Ölkəmiz Prezident İlham Əliyev cənablarının rəhbərliyi altında gün-gündən gözəlləşir, inkişaf edir. Bu inkişaf hər bir vətəndaşımızın daha yaxşı yaşamasını, problemsiz həyat sürməsini təmin edir . Görüşdə kənd sakinlərinin qaldırdığı digər problemlər ilə maraqlanan və onları dinləyən RİH Başçısı yerindəcə aidiyyatı orqanlara lazimi göstəriş verdi.