Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirildi.

25 oktyabr 2014 | 15:00

    İclasda rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqindən irəli gələn vəzifələrdən, Azərbaycanın iqtisadi uğurlarından, respublikada həyata keçirilən qlobal layihələrdən, abadlıq və quruculuq işlərindən, habelə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.
Daha sonra, hesabat məruzəsində RİH başçısı qeyd etmişdir ki, 2014-cü ilin doqquz ayında Gədəbəy rayonunda sosial infrastrukturun yaradılması ilə bağlı həyata keçirilən böyük işlər davam etmiş, Samanlıq kəndində 180 , Arıqdam kəndində 480  şagird yerlik tam orta məktəblər və Gədəbəy şəhərində Uşaq Yaradıcılıq Mərkəzi istifadəyə verilmiş,180 şagird yerlik İsalı və Təhsil Nazirliyinin sifarişi ilə 180 şagird yerlik Moruxlu kənd tam orta məktəblərinin,Gədəbəy şəhərində və Novosaratovka kəndində uşaq bağçalarının tikintisi davam etdirilir.
    Möhtərəm cənab Prezidentimizin müvafiq Sərəncamları ilə tikintisinə 2012-ci ilin sentyabr ayında başlanılmış 56 km olan Gədəbəy-Novosaratovka-Qaravəlilər,tikintisinə 2013-cü ildə başlanılmış 13,3 km olan  Qarıkənd-Miskinli-Çalburun və 5 km olan Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi başa çatdırılmışdır.
   Bu diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə bütün Gədəbəylilər adından minnətdarlıq ifadə edilmişdir. Heydər Əliyev parkının şimal-qərb hissəsində 1000 nəfər tamaşaçı tutumu olan “Amfiteatr”ın rayon mərkəzində “Saat qülləsi”nin inşası başa çatdırılmış və ətrafında abadlıq işləri aparılmış, rayon polis şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin Gədəbəy rayon dövlət yanğından mühafizə hissəsinin  inzibati binaları tikilərək istifadəyə verilmiş, Gədəbəy rayonu kənd təsərrüfatı nazirliyinin Gədəbəy rayon idarəsinin inzibati labaratoriyasnın binasında tamamlama işləri aparılır.Rayon mərkəzində abadlıq işləri davam etdirilir.
   Daha sonra RİH başçısınin müavini- Sosial –iqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şəbəsinin müdiri Vüsal Müsayev çıxış edərək, 2014-cü ilin doqquz ayında rayonda ümumi daxili məhsul istehsalının həcmi 260785,1 min manat olmuşdur .Ümum məhsul istehsalında sənaye məhsulları istehsalı 40204,7 min manat və ya ümumi daxili məhsul istehsalının 15,4 %, kənd təsərrüfatı məhsulları istehsalı 126256,4 min manat  və ya ümumi daxili məhsul istehsalının 48,4 %, ticarət 71174,0 min manat və ya ümumi daxili məhsul istehsalının 27,2 %  təşkil etmiş,qalan 8,8 % tikinti,nəqliyyat,rabitə və digər xidmətlər sahəsinə  olan məhsul istehsalının payına düşdüyünü bildirdi.

Keçidlər