05 oktyabr “Beynəlxalq Müəllimlər günü” münasibəti ilə Gədəbəy rayonunda tədbir keçirildi.
Tədbirdə Gədəbəy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev, RİH başçısının müavini-Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüsal Musayev və digər məsul işçiləri, rayon təhsil şöbəsinin işçiləri, ümumtəhsil məktəblərinin direktorları, müəllimləri, hüquq mühafizə orqanlarının rəhbərləri iştirak edirdilər. Tədbir iştirakçıları ilk olaraq ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə gül düzdülər. Sonra tədbir Mədəniyyət evində davam etdirildi. Tədbiri giriş sözü rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev açaraq, diqqətə çatdırdı ki, 05 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər günü kimi təsis edilmişdir. Hazırda dünyanın 100-dən çox ölkəsində 5 oktyabr tarixi “Müəllimlər günü” kimi ümumdünya səviyyəsində qeyd edilir. Azərbaycanda “ Müəllim günü” kütləvi şəkildə qeyd olunmasının xüsusi bir tarixçəsi var. “Müəllim günü”nün 1965-cı ildə SSRİ Ali Sovetinin 29 sentyabr tarixli qərarından sonra keçirilməsinə baxmayaraq, təhsil sistemində çalışan insanların, zeyni əməkləri, onların xidmətləri indiki dövrdə də qiymətləndirilir. Məhs Azərbaycan müstəqillik əldə etdikdən sonra da bu peşə bayramı hər ilin oktyabr ayının birinci bazar günündə ölkə ictimaiyyəti tərəfindən qeyd olunur. Daha sonra Rayon Təhsil şöbəsinin müdiri Baxış Nağıyev, Rayon Polis şöbəsinin rəis müavini Fəzayıl Məmmədov, Samanlıq kənd tam orta məktəbinin müəllimi Natiqə Məhərova , 1 saylı Slavyanka kənd tam orta məktəbinin direktorunun müavini İsfəndiyar İsgəndərov, Əmiraslanlı kənd tam orta məktəbinin müəllimi Xəyyam Rzayev və Arıqdam kənd tam orta məktəbinin müəllimi Tünzalə Məşədiyeva çıxış edərək, bildirdilər ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməsində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur. Bəli, müəllimlik çox şərəfli peşədir - vəzifədir, şərəfli olduğu qədər də mürəkkəb, məsuliyyətli vəzifədir.Ona görə də hər bir müəllim bilməlidir ki, hər bir uşaq - fikirləri, görüşləri, hissləri, duyğuları, maraqları, sevincləri, həyəcanları, kədərləri və qayğıları ilə özünəməxsus xüsusi bir dünyadır. Müəllim şagirdlərin bu mənəvi dünyasını görməli və bilməlidir. Hər bir müəllim məktəbin mənəvi həyatına hissiyyatlılıq, qayğıkeşlik, dostluq, mehribanlıq xüsusiyyətlərini gətirməlidir. "Təlim və təhsilin çətin məqamlarında müəllim şagirdlərini hədələməklə, əsəbi hərəkətlərlə, imtahan qiymətləri ilə qorxutmamalı, əksinə onlarda gözəl arzu və ümid qığılcımları oyatmalıdır. Tədbirin sonunda “Beynəlxalq Müəllimlər günü” münasibəti ilə bir neçə müəllimlər təhsilin inkişafında xidmətlərinə görə Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı ilə təltif olundular.