04 oktyabr 2014- cü ildə Gədəbəy rayonunda qurban bayramı münasibətilə tədbir keçirildi.
04 oktyabr 2014-cü ildə İslam dünyasının ən əziz bayramlarından sayılan Qurban bayramı münasibətilə Gədəbəy rayonunda tədbir keçirildi. Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində rayonda yaşayan şəhid ailələri, əlillər, müharibə veteranları, tənha ahıllar və aztəminatlı ailələrə Qurban sovqatı paylandı. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul əməkdaşlarının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə insanlara həmrəylik və mənəvi saflıq kimi yüksək dəyərləri aşılayan Qurban bayramı münasibətilə xalqımızı, eləcə də, Gədəbəy sakinlərini təbrik edib, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizə daim ehtiramla yanaşdığı vurğulandı və belə tədbirlərin vətəndaşlara dövlət qayğısının təzahürü olduğu qeyd edildi. Qeyd edək ki, Qurban Bayramı münasibətilə ümumilikdə 236-dan artıq ailəyə qurban əti paylanıldı.