Şriftin ölçüsü :

Saytın rəngi :

30 sentyabr 2014-cü il Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısı yanında Şura iclası keçirildi.

30 sentyabr 2014 | 15:00

Şura iclasında, Gədəbəy  rayon İcra Hakimiyyəti Başçısı Ramiz Yediyarov  inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyə sədriləri, hüquq mühafizə orqanları və xidmət  təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Şura iclasında   Gədəbəy RİH Başçısının şəhər və kənd İƏD üzrə  nümayəndəliklərində   “ Vətəndaşların müraciətlərinə  baxılması  qaydası haqqında’’  Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmək, onların vəziyyəti barədə  Gədəbəy RİH Başçısı Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Nizaməddin Qılıcov, Rayonun idarə, müəssisə və təşkilatlarında 2014-2015-ci ilin qış mövsümünə hazırlığın  vəziyyəti barədə Gədəbəy RİH Başçısının müavini-    Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması məsələləri ilə iş şöbəsinin müdiri Vüsal Musayev və Rayonda Dövlət hakimiyyəti orqanlarının yerli qurumlarında, rayon İcra Hakimiyyəti  Başçısının  şəhər və kənd İƏD üzrə nümayəndəliklərində “İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkminləşdirilməsi tədbirləri haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2006-cı il tarixli Fərmanının icra vəziyyəti barədə  Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri Zülfüqar İsgəndərov məruzə ilə cıxış etdilər.
Sonra RİH başçısı  Ramiz  Yediyarov müvafiq  təşkilat  rəhbərlərinə mövcud nöqsanların tezliklə  aradan qaldırılması barədə tapşırıqlar verdi.

 

Keçidlər